- Transfer
- 18:38 24.11.2024
“Sevilya”nın hücumçusu Youssef En-Nesyri bir neçə yüksək səviyyəli klubların hədəfinə çevrilib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliyanın “Milan” klubu 26 yaşlı forvarda almaq üçün yaxın vaxtlarda ispanlara təklif göndərməyi planlaşdırır. Bundan əlavə, mərakeşli futbolçunun xidmətində "Yuventus", "Vest Hem" və "Vulverhempton"un da iddialı olduğunu bildirilir.
Xatırladaq ki, “Sevilya”nın “Selta” ilə son oyununda En-Nesyri ikinci hissədə əvəzlənib və bu, onu çox narazı salıb və komandanın baş məşqçisi ilə söz davasına düşüb.
Transfermarkt portalı hücumçunun dəyərini 18 milyon avro qiymətləndirir.