- Transfer
- 18:38 24.11.2024
"Yuventus", "İnter" və "Çelsi"nin sabiq baş məşqçisi Antonio Konte Almaniyada özünü sınaya bilər.
90deqiqe.Az xəbər verir ki, "Bavariya" rəhbərliyi italiyalı mütəxəssisi klubun baş məşqçi postuna əsas namizəd kimi müəyyənləşdirib.
Xatırladaq ki, “Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel bu mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.
Əlavə edək ki, Antonio Kontenin son iş yeri London “Tottenhem”i olub. İtalyan mütəxəssis 2021-2023-cü illərdə İngiltərə klubuna rəhbərlik edib. Məşqçilik karyerası ərzində Konte səkkiz titul qazanıb: beşi “Yuventus”, biri “İnter” və ikisi “Çelsi” ilə.