27 iyul 2024. Şənbə

İtaliya klubu Moratanı transfer etmək istəyir


  • Transfer
  • 14:17 22.03.2024
  • Oxunma sayı: 69
İtaliya klubu Moratanı transfer etmək istəyir

Hüquqları "Atletiko Madrid"ə məxsus olan hücumçu Alvaro Morata İtaliya A Seriyasına qayıda bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri ispan forvardı transfer etməkdə maraqlıdır. Müqavilə yay transfer pəncərəsində tamamlana bilər. 

Morata ilə “matraslılar” arasında mövcud əmək müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədər hesablanıb.

Transfermarkt-ın məlumatına görə, onun dəyəri 20 milyon avrodur. Xatırladaq ki, Alvaronun “qoca sinyora”da oynamaq təcrübəsi var. İspan 2014-2016 və 2020-2022-ci illərdə Turin klubunda çıxış edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir