- Transfer
- 18:40 23.11.2024
Galatasaray Fulham'ın futbolçusu Jan Mişel Serini icarəyə götürüb.
Corner.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçini 1 illik icarə götürüb. O, yeni klubunda bir mövsüm üçün 2.8 milyon avro maaş alacaq.Galatatasaray bu transfer üçün "Fulham"a 1.5 milyon avro icarə haqqı ödəyəcək.
"Galatasaray" növbəti mövsümün sonu 18 milyon avro ödəyərək Serini birdəfəlik ala bilər.
Okan Koçuk isə “Bursaspor”dan transfer olunub. Bursa klubu ilə müqaviləsinin müddəti bitən gənc qapıçı, İstanbul təmsilçisinə azad agent statusunda keçib.23 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.Gənc qapıçı “Galatasaray”dakı ilk ilində 2.5, ikinci ilində 2.75, üçüncü ilində 3.25, dördüncü ilində isə 3.75 milyon TL qazanc əldə edəcək. Koça 3 milyon TL imza pulu da ödəniləcək.
“Bursaspor”un yetirməsi olan Okan, geridə qalan mövsümdə Super Liqada 22 oyuna çıxıb.