24 oktyabr 2024. Cümə axşamı

"Atletiko" Feliksin satışından 80 milyon avro qazanmaq istəyir


  • Transfer
  • 22:49 23.03.2024
  • Oxunma sayı: 79
"Atletiko" Feliksin satışından 80 milyon avro qazanmaq istəyir

"Atletiko Madrid" bu mövsüm "Barselona"da icarə əsasında çıxış edən hücumçu João Feliksə ümid etmir.

90deqiqe.Az xəbər verir ki, "döşək ustaları" portuqaliyalını bu yay 80 milyon avroya satmaq niyyətindədir. Madrid klubu bunu edə bilməsə, "Atletiko" hücumçu üçün "Barselona"ya başqa bir icarə təklif edə bilər.

Xatırladaq ki, João Feliks 2019-cu ildə "Benfika"dan 127 milyon avroya "Atletiko Madrid"ə keçmişdi. Hücumçunun "matrasçılar"la müqaviləsi 2029-cu ilə qədərdir.







Transfer