8 sentyabr 2024. Bazar günü

"Bavariya" "Barselona"nın daha bir futbolçusunu hədəfləyib


  • Transfer
  • 23:36 23.03.2024
  • Oxunma sayı: 97
"Bavariya" "Barselona"nın daha bir futbolçusunu hədəfləyib

"Barselona"nın mərkəz müdafiəçisi Mikail Faye karyerasını Almaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, seneqallı oyunçu ilə "Bavariya" klubu maraqlanır. Faye hələ "mavi qranatlar"ın əsas komandasında debüt etməyib - o, əvəzedici komandada oynayır.

19 yaşlı futbolçunu “Bavariya” ilə yanaşə müxtəlif top-klublar da izləyir. Yanvar ayında "Barselona" gənc mərkəz müdafiəçisi üçün "Lens", "Jirona" və "Alaves"in təkliflərini rədd edib.

Xatırladaq ki, "Bavariya" Kataloniya nəhənginin əsas mərkəz müdafiəçisi Ronald Araujo ilə də maraqlanır. Münhen komandası yəqin ki, bu yay uruqvaylı ilə yenidən müqavilə bağlamağa çalışacaq. Mikayıl Fayenin transfer dəyərini Transfermarkt mütəxəssisləri 1,5 milyon avro qiymətləndirib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda