24 oktyabr 2024. Cümə axşamı

"Real" onun transferində israrlıdır


  • Transfer
  • 15:36 24.03.2024
  • Oxunma sayı: 81
"Real" onun transferində israrlıdır

"Real Madrid" heyətini "Liverpul"un futbolçusu ilə gücləndirmək istəyir.

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki, "kral klubu" cinah müdafiəçisi Trent Alexander-Arnoldla maraqlanır. Los Blankos rəhbərliyi ulduz futbolçunun alınması üçün təxminən 88 milyon avro ayırmağa hazırdır. "Liverpul" da öz növbəsində Trentlə müqaviləni uzatmaqla onu saxlamaq istəyir.

Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır. Bu mövsüm Alexander-Arnold mersisaydlıların heyətində 29 matçda iştirak edib. Müdafiəçi iki qol vurub, on məhsuldar ötürmə edib.







Transfer