22 dekabr 2025. Bazar ertəsi

"Yuventus" "Lokomotiv"in futbolçusunu hədəfləyib


  • Transfer
  • 15:48 24.03.2024
  • Oxunma sayı: 141
"Yuventus" "Lokomotiv"in futbolçusunu hədəfləyib

"Lokomotiv Moskva"nın müdafiəçisi Mario Mitai "Yuventus"un maraq dairəsindədir.

90deqiqe.Az “Tuttosport”a istinadən məlumatına görə, “qoca sinyora”nın skautları 20 yaşlı futbolçunu Albaniya və Çili milliləri arasında keçirilən yoldaşlıq görüşündə (0:3) izləyiblər.

Albaniyalı futbolçu İtaliya nəhənginin tələblərinə cavab verir.

Transfermarkt portalı oyunçunu cəmi 1,5 milyon avro qiymətləndirir. Bu mövsüm Mario Rusiya Premyer Liqasında 14 oyun keçirib və 3 sarı vərəqə alıb. Mitai ilə “dəmiryolçular” arasında mövcud əmək müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq