- Transfer
- 23:54 03.02.2025
"İnter"in transfer yayında məqsədlərindən biri də mərkəz müdafiəçisi almaqdır.
90deqiqe.Az xəbər verir ki, "neradzurri"nin üstünlük verdiyi namizədlər arasında "Torino"nun futbolçusu Alessandro Buongiorno da var.
"İnter" 1 ildən artıqdır ki, 24 yaşlı futbolçunu izləyir.
İtaliya millisinin müdafiəçisini nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 30 milyon avro dəyərləndirib. 2023/2024 mövsümündə 24 yaşlı Alessandro Buongiorno 23 rəsmi oyun keçirib, o, üç qol vurub və tərəfdaşına bir məhsuldar ötürmə edib.