8 sentyabr 2024. Bazar günü

Sarri İngiltərə təmsilçinin təklifini geri çevirib


  • Transfer
  • 12:34 26.03.2024
  • Oxunma sayı: 68
Sarri İngiltərə təmsilçinin təklifini geri çevirib

İtaliyalı mütəxəssis Mauritsio Sarri "Nottinqem Forest"dən təklif alıb.

90deqiqe.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. İngiltərə klubu 65 yaşlı mütəxəssisə 3 illik müqavilə təklif edib. Lakin Sarri qarşı tərəfə ən az növbəti mövsüm başlayanadək işləmək istəmədiyini bildirib. O, müqaviləni rədd edib.

Xatırladaq ki, Sarri bu ilin mart ayının 12-də “Latsio”dan ayrılıb.

Hazırda "Nottinqem Forest"ə Nuno Espirito Santo rəhbərlik edir. Premyer Liqanın 29 turundan sonra "Nottinqem Forest" 21 xal toplayıb və 18-ci yerdədir.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda