6 dekabr 2025. Şənbə

Benfica Juventus'un qapıçısını geri qaytardı


  • Transfer
  • 13:10 19.07.2019
  • Oxunma sayı: 532
Benfica Juventus'un qapıçısını geri qaytardı

Juventus'un qapıçısı Mattia Perinin “Benfica”ya keçidi baş tutmayıb.

Corner.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki,  26 yaşlı qapıçının tibbi müayinə zamanı zədəli olduğu müəyyənləşib. Çiynində zədə aşkarlanan qolkiper 4 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən "Benfica" Perini geri qaytarıb. Onunla zədəsi sağaldıqdan sonra müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, M.Perin 2018-ci ildən Turin təmsilçisində çıxış edir.







Transfer