24 oktyabr 2024. Cümə axşamı

"Liverpul" "Yuventus"un futbolçusunu hədəfləyib


  • Transfer
  • 17:03 27.03.2024
  • Oxunma sayı: 100
"Liverpul" "Yuventus"un futbolçusunu hədəfləyib

"Yuventus"un yarımmüdafiəçisi Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Liverpul" cinah oyunçusu ilə maraqlanır və italyan futbolçunun transferi üçün 40-45 milyon avro ödəməyə hazırdır.

Bu mövsüm 26 yaşlı forvard "Yuventus"un heyətində 25 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə verib. Daha əvvəl Turin klubunun vingeri satmağa hazır olduğu bildirilirdi.







Transfer