24 oktyabr 2024. Cümə axşamı

Fransa klubu Juninyo ilə maraqlanır


  • Transfer
  • 16:22 28.03.2024
  • Oxunma sayı: 92
Fransa klubu Juninyo ilə maraqlanır

“Qarabağ” bu mövsüm qazandığı nəticələrlə həm doğma azarkeşlərinə əvəzolunmaz hisslər bağışladı, həm də ölkə futbolunda yeni bir ilkə, daha doğru desək, ilklərə imza atdı. Komandamız əvvəlcə UEFA Avropa Liqasının qrup mərhələsini adlayaraq buna nail olan ilk Azərbaycan klubu oldu.

Qurban Qurbanovun yetirmələri daha sonra keçid pley-off mərhələsində gərgin keçən duellərdə Portuqaliyanın köklü klublarından “Braqa”nı keçərək növbəti uğura imza atdı. Doğrudur, təmsilçimiz 1/8 final mərhələsində “Bayer Leverkuzen” səddini keçə bilmədi.

Lakin “köhlən atlar” bu matçlarda da əla performans sərgiləyərək bəxtsiz şəkildə turnirlə vidalaşdı. Əlbəttə, bu nəticələrdə bütün kollektivin əməyi var. Hərçənd bəzi futbolçuların önəmini istənilən halda ayrıca qeyd edə bilərik. Bunlardan biri də ağdamlıların hücumçusu Olavio Juninyodur. Bəlkə də bir çoxları buna kimi Portuqaliyanın “Çaves” klubunda çıxış edən və məhsuldarlığı ilə seçilməyən futbolçudan belə bir oyun gözləmirdi. Ancaq braziliyalı Qurbanovun rəhbərliyi altında parladı və cari təqvim ilinində özünü əsl qolyador kimi göstərdi. Misli Premyer liqasında 15 qol vuran Juninyo avrokuboklarda keçirdiyi 15 oyunda 6 dəfə fərqlənib. Olavionun qrupun son, həlledici qarşılaşmasında “Mölde”yə, pley/off-da isə “Braqa” və “Bayer Lekerkuzen”ə qarşı göstərdiyi üstün futbolu və qollarını özəl olaraq bildirməliyik.

Belə performansdan sonra hücumçunun Avropanın müxtəlif klublarının transfer siyahısına düşməsi normaldır. Artıq mətbuatda Juninyonun adı Türkiyənin “Beşiktaş”, Fransanın “Tuluza” kimi komandaları ilə hallanır. Həttda yayılan iddialara görə Juninyo mövsümün sonunda "Tuluza" ilə müqavilə bağlayacaq. 







Transfer