25 dekabr 2025. Cümə axşamı

"Bavariya"nı "Barselona"ya dəyişir


  • Transfer
  • 15:21 29.03.2024
  • Oxunma sayı: 123
"Bavariya"nı "Barselona"ya dəyişir

"Bavariya"nın yarımmüdafiəçi Brayan Saraqosa karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "blauqrana" 22 yaşlı oyunçunu gələn yay icarəyə götürmək niyyətindədir.

Saraqosanın "Bavariya" ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Transfermarkt portalı ispaniyalının dəyərini 12 milyon avro qiymətləndirir. Almaniya çempionatının bu mövsümündə yarımmüdafiəçi Münhen klubunun iki oyununda iştirak edib.







Transfer