27 iyul 2024. Şənbə

"Qarabağ"ı mərhələdən edən forvard "Beşiktaş"da?


  • Transfer
  • 16:40 29.03.2024
  • Oxunma sayı: 78
"Qarabağ"ı mərhələdən edən forvard "Beşiktaş"da?

Gələn mövsüm çempionluq üçün oynayacaq heyət qurmaq üçün "Beşiktaş" transfer yolunda önəmli adlar seçir. 

90deqiqe.az xəbər verir ki, mövsümün sonunda Vinsent Abubakarla yollarını ayırmağı düşünən "Beşiktaş" üçün sürpriz transfer iddiası ortaya atılıb. "Beşiktaş" Abubakarın yerinə Patrik Şiki transfer etmək istəyir. "Bayer Leverkuzen"də çıxış edən Şikin transferi üçün indiyədək ümumilikdə 76 milyon avro ödənilib.

“Roma” 2018-ci ildə çexiyalı hücumçu üçün “Sampdoriya”ya 42 milyon avro ödəyib, 2020-ci ildə isə futbolçunu “Bayer Leverkuzen”ə 26,5 milyon avroya satıb. "Sampdoriya" təcrübəli hücumçunu "Sparta Praqa"dan 4 milyon avroya transfer etdiyi halda, "Roma" Şiki 3,5 milyon avroya "Leypsiq"ə icarəyə verib. Xəbərin təfərrüatında "Beşiktaş"ın Patrik Şiki ya transfer, ya da satın alma opsiyonu ilə icarəyə götürərək heyətinə qatmaq istədiyi vurğulanıb. 

28 yaşlı hücumçunun Bayer Leverkuzenlə 2027-ci ilə qədər müqaviləsi var.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir