24 oktyabr 2024. Cümə axşamı

Neymar "Barselona"ya qayıtmaq istəyir


  • Transfer
  • 10:00 30.03.2024
  • Oxunma sayı: 101
Neymar "Barselona"ya qayıtmaq istəyir

"Əl-Hilal"ın hücumçusu Neymar klubdan onu "Barselona"ya icarəyə verməsini istəyib.

90deqiqe.Az "Sport.es"ə istinadən xəbər verir ki, braziliyalı dizindən zədəsini sağaltdıqdan sonra bir ili icarə əsasında İspaniya klubunda keçirmək istəyir. Qeyd olunur ki, klublar hələlik futbolçunun transferi ilə bağlı heç bir danışıqlar aparmayıb.

Xatırladaq ki, “Əl-Hilal” ardıcıl 29 qələbə qazanaraq Səudiyyə Ərəbistanı çempionatında 68 xalla 1-ci pillədə qərarlaşıb ki, bu da Kriştianu Ronaldonun 2-ci olan “Əl-Nəsri”ni 12 xal qabaqlayır.

Bu mövsüm Neymar bütün yarışlarda beş matçda iştirak edib və bu matçlarda bir qol vurub və üç məhsuldar ötürmə edib. Braziliyalı futbolçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb. Neymar əvvəllər Çempionlar Liqasının qalibi olduğu "Barselona"da oynayıb.







Transfer