- Transfer
- 15:25 16.01.2025
Daha əvvəl 2022-23 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edən Vut Veqhorst yenidən Super Liqaya qayıtmaq istəyir.
90deqiqe.az xəbər verir ki, "Beşiktaş"ın sabiq hücumçusu Vut Veqhorstun meneceri ağ-qara klubla əlaqə saxladığı iddia edilib.
Yarım mövsümü qara-ağlıların heyətində keçirən Vut Veqhorst Super Liqada 16 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.