1 oktyabr 2026. Cümə axşamı

Sabah ukraynalı qapıçı aldı


  • Transfer
  • 23:10 19.07.2019
  • Oxunma sayı: 530
Sabah ukraynalı qapıçı aldı

Sabah heyətinə yeni futbolçu cəlb edib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, gənc qapıçı Oleq Karnauxla 3 illik müqavilə imzalanıb. 21 yaşlı qolkiperin son klubu “Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu “İliçevets”də başlayıb.

Karnaux vaxtilə Azərbaycan millisinin U-17 komandasının üzvü olub
Qeyd edək ki, "Sabah" bundan əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə və Anar Panayevi transfer edib.







Transfer