- Transfer
- 18:38 24.11.2024
“Transfermarkt” portalı postsovet məkanı ölkələrinin ən bahalı futbolçularının siyahısını dərc edib.
90deqiqe.Az xəbər verir ki, siyahıya “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (80 milyon avro) başçılıq edir.
Azərbaycan millisinin və Türkiyənin “Hatayspor” komandasının hücumçusu Renat Dadaşov 15 oyunçunun yer aldığı siyahıda yer alıb. 24 yaşlı Dadaşovun dəyəri 2 milyon avro olaraq göstərilib.
Postsovet məkanı ölkələrinin ən bahalı futbolçuları
1. Xviça Kvaratsxeliya - 80 milyon avro (Gürcüstan / “Napoli”)
2. Aleksandr Zinçenko - 42 milyon avro (Ukrayna / “Arsenal”)
3. Aleksandr Qolovin - 30 milyon avro (Rusiya / “Monako”)
4. Eduard Spertsyan - 18 milyon avro (Ermənistan / “Krasnodar”)
5. Baxtiyar Zaynutdinov - 6 milyon avro (Qazaxıstan / “Beşiktaş”)
6. Oleq Ryabçuk - 5 milyon avro (Moldova / “Spartak” Moskva).
7. Abbosbek Fayzullayev - 5 milyon avro (Özbəkistan / MOİK)
8. Qvidas Gineitis - 2 milyon avro (Litva / “Torino”)
9. Karl Hein - 2 milyon avro (Estoniya / “Arsenal”)
10. İlya Şkurin - 2 milyon avro (Belarus / “Stal”)
11. Renat Dadaşov - 2 milyon avro (Azərbaycan / "Hatayspor")
12. Raymonds Krollis - 1,5 milyon avro (Latviya / “Vişkov”)
13. Rüstəm Yatimov - 1,2 milyon avro (Tacikistan / “İstiqlol”)
14. Güljigit Alıkulov - 550 min avro (Qırğızıstan / “Neman”)
15. Ruslan Minqazov - 450 min avro (Türkmənistan / “Kitçi”)