22 dekabr 2025. Bazar ertəsi

"Yuventus" və "Milan" fransalı uğrunda mübarizə aparacaq


  • Transfer
  • 15:13 03.04.2024
  • Oxunma sayı: 167
"Yuventus" və "Milan" fransalı uğrunda mübarizə aparacaq

"Yuventus" "Volfsburq"un müdafiəçisi Maksens Lakroix uğrunda "Milan"la yarışacaq.

90deqiqe.Az xəbər verir ki,  Turin təmsilçisi yay transfer pəncərəsi zamanı fransız futbolçunu 10-15 milyon avro və bonuslarla almağı planlaşdırır.

23 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bu mövsüm fransalı Bundesliqa və Almaniya kubokunda 26 oyun keçirib, 3 qol vurub, məhsuldar ötürmə edib və 7 vərəqə alıb (5 sarı və 2 qırmızı). Transfermarkt portalı 23 yaşlı mərkəz müdafiəçisini 20 milyon avro dəyərləndirib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq