11 aprel 2026. Şənbə

Bəzi danışıqlar oldu, amma ... - Falcao


  • Transfer
  • 13:04 20.07.2019
  • Oxunma sayı: 514
Bəzi danışıqlar oldu, amma ... - Falcao

“Monako”nun futbolçusu Radamel Falcao gələcək karyerası ilə bağlı açıqlama verib.

Corner.az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, karyerasını Avropada davam etdirmək istədiyini bildirib:“Bir neçə klubun mənimlə maraqlandıqlarını bilirəm.Bəzi danışıqlar da oldu, amma daha artıq bir şey deyə bilmərəm. “Monako” ilə bir illik müqaviləm var.Nələr olacağını görəcəyik”.

Kolumbiyalı hücumçu, ölkəsinin “Millonarios” klubunda oynamaq ehtimalı ilə bağlı da danışıb:

“Hər kəs mənim “Millonarios”da oynamağı xəyal etdiyimi bilir, amma daha bir müddət karyerama Avropada davam edə biləcəyimi düşünürəm”.

Qeyd edək ki, Çin klublarından təklif aldığı deyilən futbolçu, “Atletico” və "Galatasaray"ın da maraq dairəsindədir.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”