24 oktyabr 2024. Cümə axşamı

"Bavariya"dan "Mançester Yunayted"ə keçir


  • Transfer
  • 22:26 05.04.2024
  • Oxunma sayı: 86
"Bavariya"dan "Mançester Yunayted"ə keçir

"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi Dayot Upamekano ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu bu yay "qırmızı şeytanlar"ın müdafiəsini gücləndirə bilər.

İngilislər yayda klubu tərk edə biləcək müdafiəçi Rafael Varanın yerinə futbolçu axtarır.

2023/2024 mövsümündə Dayot Upamekano “Bavariya”nın heyətində 26 oyun keçirib və bir qol vurub. Nüfuzlu Transfermarkt portalının ekspertləri fransalını 60 milyon avro qiymətləndirirlər.

Qeyd edək ki, Upamekano RB Leypsiqdən keçdikdən sonra 2021-ci ilin yayından “Bavariya”da çıxış edir.







Transfer