8 sentyabr 2024. Bazar günü

Bu üç top-klub onu izləyir


  • Transfer
  • 12:57 06.04.2024
  • Oxunma sayı: 95
Bu üç top-klub onu izləyir

"Yuventus" gözlərini "Bolonya"nın hücumçusu Coşua Zirkzeyə dikib.

90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi artıq potensial transferlə bağlı danışıqlara başlayıb.

Futbolçunu 40 milyon avroya geri almaq imkanı olan "Bavariya" ilə də əlaqə saxlanılıb. Hollandiyalının xidmətində "Arsenal" (onlar mövsümə 6 milyon avro maaş təklif etməyə hazırdırlar) və "Milan" da maraqlıdır.

22 yaşlı futbolçu 2022-ci ilin avqustunda "Bavariya"dan "Bolonya"ya keçib. Onun müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Bu mövsüm Zirkzee A Seriyasında və İtaliya Kubokunda 31 oyun keçirib, 11 qol vurub, 6 məhsuldar ötürmə verib və 6 sarı vərəqə alıb. Transfermarkt portalı forvardı 40 milyon avro qiymətləndirir.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda