16 may 2026. Şənbə

Lempard Kanada yığmasına rəhbərlik edə bilər


  • Transfer
  • 10:44 07.04.2024
  • Oxunma sayı: 157
Lempard Kanada yığmasına rəhbərlik edə bilər

"Çelsi"nin sabiq çalışdırıcısı Frenk Lempard Kanada millisini çalışdıra bilər.

90deqiqe.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis sözügedən yığmanın baş məşqçisi vəzifəsinə namizədlər siyahısına daxil edilib.

Qeyd olunur ki, Kanada Futbol Assosiasiyası 2026-cı il dünya çempionatında milli komanda ilə çalışacaq məşqçi axtarır. Turnirə ABŞ və Meksika ilə yanaşı Kanada da ev sahibliyi edəcək.

2023-cü ildə ingilis Con Herdman milli komandanı tərk ediv və o vaxtdan komandaya müvəqqəti olaraq Mauro Biello rəhbərlik edir.







Transfer