Tottenham'dan Eriksen'ə yeni müqavilə - həftəlik 200 min avro
-
Transfer
-
23:29 20.07.2019
-
Oxunma sayı: 554
Tottenham futbolçusu Kristian Erikseni komandada saxlamaq niyyətindədir.Corner.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, London klubu 27 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Əgər danimarkalı futbolçu komandada qalmağa razılıq versə, həftəsinə 200 min funt-sterlinq qazanacaq.Qeyd edək ki, Eriksenin "Tottenham"la 2020-ci ilə qədər sözləşməsi var. Təcrübəli futbolçunun hazırkı qazancı həftəlik 80 min funtdur.