- Transfer
- 18:38 24.11.2024
"Sportinq"un baş məşqçisi Ruben Amorim yeni mövsümdən"Liverpul"a rəhbərlik edəcək.
90deqiqe.Az xəbər verir ki, klub rəhbərliyi çalışdırıcı ilə şifahi razılığa gəlib.
Portuqaliyalı mütəxəssis ona 2027-ci ilin yayına qədər müqavilə təklif edən Mersisayd klubuna keçmək istəyir. Hazırda "Liverpul" "Sportinq"lə danışıqlar aparır.
Xatırladaq ki, Amorimin Lissabon klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Daha əvvəl məlumat yayılmışdı ki, əgər xarici klub 39 yaşlı mütəxəssisi 2024-cü ilin yayında işə dəvət etmək istəsə, o, təzminat olaraq yaşıl-ağ-yaşıllara 20 milyon avro ödəməli olacaq.
Xatırladaq ki, Ruben 2020-ci ilin martında “Sportinq”i çalışdırıb. Onun rəhbərliyi altında klub Portuqaliya Çempionatının (2020/2021), iki Portuqaliya Kubokunun (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunun (2021/2022) qalibi olub.