- Transfer
- 01:36 15.08.2026
Real'ın futbolçusu Marcelo, komanda yoldaşı Eden Hazardla Braziliya millisində bərabər çıxış etdiyi PSG-nin hücumçusu Neymarı müqayisə edib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, Neymarın Hazarddan güclü olduğunu bildirib:“Hazard inanılmazdır, yaxşı sürətə və texnikaya malik futbolçudur. Düşünürəm ki, o, ən yaxşı 5 futbolçudan biridir. Ancaq Neymarla müqayisə etsəm, “Neymar daha güclüdür” deyərdim. Neymara qarşı müdafiə olunmaq çətin olur”.