27 iyul 2024. Şənbə

"Napoli" Xviçanın qiymətini müəyyənləşdirib


  • Transfer
  • 09:05 10.04.2024
  • Oxunma sayı: 66
"Napoli" Xviçanın qiymətini müəyyənləşdirib

"Napoli"nin vingeri Xviça Kvaratsxeliya komandanı tərk edə bilər.

90deqiqe.Az "CalcioNapoli24"ə istinadən xəbər verir ki, gürcü futbolçu PSJ və "Barselona"nın maraq dairəsindədir. Neapollular futbolçunu 100 milyon avroya satmağa hazırdırlar.Eyni zamanda, futbolçu ilə müqaviləni uzatmaqda da maraqlıdırlar. Bildirilir ki, daxil olan təkliflər əsasında yekun qərar veriləcək.

Xatırladaq ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 39 matçda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir