- Transfer
- 23:53 17.08.2026
21 yaşadək futbolçulardan ibarət millimizin və Almaniyanın ikinci bundesliqa təmsilçisi "Bohum"un futbolçusu Barış Ekincier klubunu dəyişib.
Corner.az xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını Avstriyanın ikinci divizionunda davam etdirəcək. Gənc yarımmüdafiəçi "Austria Klaqenfurt" klubuna icarəyə verilib. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, U-17, U-19 və U-21 yığmalarımızda ümumilikdə 9 oyun keçirən Barış 1 qol vurub.