24 oktyabr 2024. Cümə axşamı

"Əl-İttihad" Salah üçün ilk təklifi hazırlayır


  • Transfer
  • 00:58 11.04.2024
  • Oxunma sayı: 109
"Əl-İttihad" Salah üçün ilk təklifi hazırlayır

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Liverpul"un hücumçusu Məhəmməd Salah üçün ilk transfer təklifini hazırlayır.

90deqiqe.Az xəbər verir ki, ərəb klubu misirli üçün 70 milyon funt-sterlinq təklif edəcək. Danışıqlar uğursuz olarsa, "Əl-İttihad" təzminat məbləğini artırmağa hazırdır.

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 35 oyun keçirib, 23 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.







Transfer