24 oktyabr 2024. Cümə axşamı

Osimhen PSJ-yə keçməyə yaxındır


  • Transfer
  • 19:51 11.04.2024
  • Oxunma sayı: 87
Osimhen PSJ-yə keçməyə yaxındır

"Napoli"nin hücumçusu Viktor Osimhenin PSJ-yə transferi ilə bağlı müqavilənin yekun mərhələsi başa çatıb.

90deqiqe.Az xəbər verir ki, parislilər futbolçu və onun nümayəndələri ilə dialoq aparır. Osimhen 120 milyon avro müqabilində alınacaq. Müqavilə dörd il müddətinə imzalanacaq. Nigeriyalının PSJ-də illik maaşı 13 milyon avro olacaq. Nigeriyalı imic hüquqlarını özü idarə edəcək və Qətər sponsorları ilə bir sıra müqavilələr imzalayacaq.

Paris klubunun sahibi Nasser Əl-Xəlafi və "Napoli"nin patronu Aurelio De Laurentiis yaxşı münasibətdə olduqları üçün Osimhenin PSJ-yə keçidi kifayət qədər rəvan getməlidir. Lakin 25 yaşlı forvard üçün hələ ki, rəsmi təklif olmayıb. Bütün açıqlamaların PSJ-nin hücumçusu Kilian Mbappenin Real Madridə transferi təsdiqləndikdən sonra olacağı gözlənilir.







Transfer