30 iyun 2026. Çərşənbə axşamı

Neymar üçün təklif almamışıq - Leonardo


  • Transfer
  • 14:12 21.07.2019
  • Oxunma sayı: 448
Neymar üçün təklif almamışıq - Leonardo
PSG-nin idman direktoru Leonardo Neymarın komandadakı gələcəyindən danışıb.

Corner.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi 27 yaşlı hücumçuya görə təklif almadıqlarını bildirib: "Açığı, son danışığımızdan sonra heç nə dəyişməyib. Hər hansı hərəkətlilik yoxdur. Ümumiyətlə, Neymara görə konkret təklif almamışıq.O, PSG-nin futbolçusudur. Təkrar edirəm, təklif yoxdur. Bu vəziyyət artıq 10 gündür davam edir".

Qeyd edək ki, PSG-də qalmaq istəməyən Neymarın adı "Barcelona", "Real" və "Juventus"la hallanır.





Transfer