24 oktyabr 2024. Cümə axşamı

CIES: 16 yaşlı Yamalın transfer dəyəri altı ayda 134 milyon avro artıb - FOTO


  • Transfer
  • 17:23 12.04.2024
  • Oxunma sayı: 144
CIES: 16 yaşlı Yamalın transfer dəyəri altı ayda 134 milyon avro artıb   - FOTO

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2023-cü ilin oktyabrından bəri transfer dəyəri ən çox artan 23 yaşadək futbolçuların reytinq cədvəlini açıqlayıb.

90deqiqe.Az CIES-ə istinadən məlumatına görə, "Barselona"nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal siyahıya başçılıq edir.

Kataloniya təmsilçisinin gənc futbolçusunun transfer dəyəri son 6 ayda 134 milyon avro artıb və ispaniyalının dəyəri hazırda 145 milyon avrodur.

İkinci ən çox artan transfer dəyəri "Benfika"nın portuqaliyalı futbolçusu Joao Nevesdir (+ 72 milyon avro). Üçüncü yeri "Jirona"nın braziliyalısı Savio (+ 70 milyon avro) qapayıb.

Ən çox artan transfer dəyəri olan 23 yaşdan aşağı top 15 oyunçu:

Bu mövsüm Yamal bütün turnirlərdə 41 matçda iştirak edib, bu matçlarda altı qol vurub və yeddi məhsuldar ötürmə edib. Ümumilikdə 16 yaşlı futbolçu meydanda 2299 dəqiqə keçirib.







Transfer