24 oktyabr 2024. Cümə axşamı

"Mançester Yunayted"i "İnter"ə dəyişəcək


  • Transfer
  • 23:35 12.04.2024
  • Oxunma sayı: 95
"Mançester Yunayted"i "İnter"ə dəyişəcək

"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliyanın "İnter"i  26 yaşlı futbolçu ilə maraqlanır. 

Sağ cinah müdafiəçisi Denzel Dumfries ayrılsa, milanlılar "Mançester Yunayted"in oyunçusunu almağa cəhd edəcəklər.

İtaliya klubu artıq bu ehtimalı araşdırıb və futbolçunun agentləri ilə əlaqə saxlayıb.

Dumfriesə gəlincə, onun mümkün satışı 2025-ci ildə başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqlarda çətinliklərlə əlaqələndirilir.







Transfer