24 oktyabr 2024. Cümə axşamı

"Mançester Yunayted" onun üçün 94 milyon ödəməyə hazırdır


  • Transfer
  • 13:36 14.04.2024
  • Oxunma sayı: 91
"Mançester Yunayted" onun üçün 94 milyon ödəməyə hazırdır

 "Everton"un müdafiəçisi Jerrad Branthvayte karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az "The Sun"a istinadən xəbər verir ki,  "qırmızı şeytanlar" ingilis futbolçu üçün 80 milyon funt-sterlinq (93,6 milyon avro) təklif hazırlayır. 

Kubun yeni şərikli sahibi Cim Ratkliff 21 yaşlı oyunçunu komandanı yenidən quracaq əsas oyunçulardan biri kimi görür.

Daha əvvəl mətbuatda futbolçu ilə "Real Madrid" və London "Arsenal"ının da maraqlandığı haqda məlumatlar yayılmışdı.

Xatırladaq ki, bu mövsüm Branthwaite bütün turnirlərdə 34 matçda iştirak edib və iki qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.







Transfer