- Transfer
- 23:58 24.12.2025
"Real Madrid"in sabiq hücumçusu, hazırda "Xetafe"də çıxış edən Borxa Mayoral karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Arsenal" 27 yaşlı futbolçunun transferində maraqlıdır. Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.
Borjanın bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir. İspaniyalının "Xetafe" ilə əmək müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. İspaniya çempionatının bu mövsümündə hücumçu 27 oyun keçirib, 15 qol (4 penaltidən) və bir məhsuldar ötürmə edib.