11 mart 2026. Çərşənbə

James Atletico'ya keçir - razılıq əldə edildi


  • Transfer
  • 00:43 22.07.2019
  • Oxunma sayı: 489
James Atletico'ya keçir - razılıq əldə edildi

Real'dan ayrılacağı dəqiqləşən James Rodriguezin yeni klubu bəlli olub.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  kolumbiyalı yarımmüdafiəçi karyerasını digər Madrid təmsilçisi "Atletico"da davam etdirəcək. Madrid klublarının artıq öz aralarında razılığa gəldiyi bildirilir. Real'ın 28 yaşlı futbolçunun satışından 40 milyon avro gəlir götürəcəyi iddia edilir. "Atletico"nun təcrübəli futbolçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.


Qeyd edək ki, James ötən mövsümü icarə əsasında "Bayern"də çıxış edib.







Transfer