Real'dan ayrılacağı dəqiqləşən Qaret Beyl karyerasını Çində davam etdirə bilər.
Corner.az İspaniyanın "Estadio" radiosuna istinadən xəbər verir ki, Çinin Jiangsu Suning və Beijing Guoan klubları 28 yaşlı futbolçunun meneceri Conatan Barnettlə danışıqlara başlayıb. İddiaya görə, uelsli futbolçunun Beynəlxalq Çempionlar Kubokunda "Bavariya" ilə matçında meydana çıxmamasını "Madrid klubu"nun rəhbərliyindən məhz agenti xahiş edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Çinin "Tsyansu Sunin" klubunun Beylə illik 17 milyon avro maaş verməyə hazır olduğu xəbərləri yayılmışdı.