- Transfer
- 23:17 10.12.2024
Cari mövsümün sonunda "Barselona"dan ayrılmaq niyyətində olan baş məşqçi Xavi "Ayaks" rəhbərliyi tərəfindən komandanın yeni baş məşqçisi postuna 1 nömrəli namizəd kimi baxılır.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Hollandiya klubu ispan mütəxəssisin onları əvvəlki səviyyəsinə qaytarmağa qadir olduğuna inandığı üçün Xavini dəvət etməkdə qərarlıdır.
“Ayaks”ın Xaviyə 2026-cı ilə qədər müqavilə təklif edə biləcəyi vurğulanır.
Xatırladaq ki, Xavi ötən ilin yanvarında İspaniya çempionatının 22-ci turunun “Vilyarreal”la oyununda (3:5) uduzduqdan sonra cari mövsümün sonunda “Barselona”dan ayrılacağını bildirmişdi. Bundan sonra ispaniyalı mütəxəssis qərarının dəyişmədiyini dəfələrlə bəyan edib.