4 iyul 2026. Şənbə

Bastoni "İnter"i "Real"a dəyişir


  • Transfer
  • 12:14 20.04.2024
  • Oxunma sayı: 153
Bastoni "İnter"i "Real"a dəyişir

"Real Madrid" "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır. 

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, italyan futbolçunun alınmasında şəxsən “Los Blancos”un baş məşqçisi Karlo Ançelotti maraqlıdır.

"İnter"in 25 yaşlı futbolçu üçün 80 milyon avro tələb edə biləcəyi vurğulanır.

Xatırladaq ki, bu mövsüm Bastoni bütün turnirlərdə 33 matçda iştirak edib və bir qol vurub və üç məhsuldar ötürmə edib. Ümumilikdə o, meydanda 2632 dəqiqə keçirib. 25 yaşlı futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, italyan futbolçunun bazar dəyəri 70 milyon avrodur.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır