- Transfer
- 14:41 24.11.2024
"Disi Yunayted"in mərkəz hücumçusu Kristian Benteke "Mançester Siti"dən sonra həmyerlisi Kevin De Bruyneni harada görmək istədiyindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 33 yaşlı forvard Bruyneni "Los-Anceles" klubunda görmək istədiyini bildirib.
“Kevinin indi 32 yaşı var və uzun illərdir ki, Avropada çıxış edir. Mən onu "Los-Anceles" klubunda görmək istərdim. MLS yüksək texnologiya və fiziki intensivliyə malik liqadır. Biz bu çempionata hörmət etməliyik, bu o qədər də sadə deyil”
Xatırladaq ki, iki klub Los Ancelesdə yerləşir - Los Anceles Qalaksi və Los Anceles. De Bruyne-nin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.