8 sentyabr 2024. Bazar günü

"Napoli" "Lill"in hücumçusu ilə bağlı razılığa gəlib


  • Transfer
  • 13:59 21.04.2024
  • Oxunma sayı: 92
"Napoli" "Lill"in hücumçusu ilə bağlı razılığa gəlib

"Lill"in hücumçusu Conatan David 2023/24 mövsümünün sonunda Fransa klubunu tərk etməyə yaxındır.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən məlumatına görə, 24 yaşlı kanadalı "Napoli"nin futbolçusu olmağa razılaşıb. Neapollular forvardın nümayəndələri ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıblar. Futbolçunun müqaviləsi 5 illik olacaq və maaşı mövsümdə təxminən 3 milyon avro olacaq.

Yeri gəlmişkən, David 2020-ci ilin avqustundan "Lill"də çıxış edir. Ümumilikdə o, klubda 177 oyun keçirib, 81 qol vurub və 16 məhsuldar ötürmə edib. Transfermarkt portalı hücumçunun dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda