- Transfer
- 00:03 30.03.2026
"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Quimareş Premyer Liqada klubunu dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Arsenal" və "Mançester Siti" yayda 26 yaşlı futbolçu uğrunda mübarizə aparacaq.
Braziliyalının müqaviləsində 100 milyon funt-sterlinq sərbəst qalma maddəsi var. Bununla belə, bu yay oyunçunun 80 milyon funt sterlinqdən çox qiymətə Premyer Liqanın istənilən klubuna satmaq şərti aktivləşdiriləcək.