8 sentyabr 2024. Bazar günü

Simeone onu "Atletiko"da görmək istəyir


  • Transfer
  • 12:10 24.04.2024
  • Oxunma sayı: 84
Simeone onu "Atletiko"da görmək istəyir

"Sevilya"nın yarımmüdafiəçisi Lukas Okampos yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 29 yaşlı argentinalı futbolçu ilə "Atletiko Madrid" maraqlanır.

“Döşəklilər” komandasının baş məşqçisi Dieqo Simeone həmyerlisinin transferində şəxsən maraqlıdır. Potensial transfer məbləği 12 milyon avro olaraq qiymətləndirilir.

Lukas 2025-ci ilin iyun ayının sonuna qədər Əndəluslular tərəfindən müqavilə ilə bağlıdır. Cari La Liqada Okampos 29 oyun keçirib, o, 4 qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda