24 oktyabr 2024. Cümə axşamı

Osimhen "Napoli"ni PSJ-yə dəyişir


  • Transfer
  • 16:02 24.04.2024
  • Oxunma sayı: 102
Osimhen "Napoli"ni  PSJ-yə dəyişir

"Napoli"nin hücumçusu Viktor Osimhen yay transfer pəncərəsində PSJ-yə keçəcək.

90deqiqe.Az-ın "II Mattino"ya istinadən məlumatına görə, nigeriyalı hücumçunun Fransa klubuna keçidinə bir addım qalıb.

"Napoli" PSJ-dən təxminən 120 milyon avro məbləğində qazanc əldə edəcəyi gözlənilir.

Daha əvvəl Napoli klublarından birindən təklif gəlsə də, Osimhenin karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyəcəyi məlum olub.

Bu qış Osimhen "Napoli" ilə 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlamışdı. Hazırda onun transfer dəyəri 110 milyon avro qiymətləndirilir və futbolçu üçün belə məbləği yalnız PSJ və ya Səudiyyə Ərəbistanı klubları ödəyə bilər.







Transfer