26 mart 2025. Çərşənbə

"Liverpul" Kloppun xələfini tapdı


  • Transfer
  • 11:54 25.04.2024
  • Oxunma sayı: 106
"Liverpul" Kloppun xələfini tapdı

Hollandiyalı mütəxəssis Arne Slot "Liverpul" rəhbərliyi ilə əməkdaşlığa başlamaq barədə danışıqlar aparır.

90deqiqe.Az xəbər verir ki, tərəflər razılığa yaxındırlar. "Liverpul" və Slot 2028-ci ilin ortalarına qədər davam edəcək uzunmüddətli əmək müqaviləsi imzalayacaq.

Mersisaydlılar məşqçinin vaxtından əvvəl gedişinə görə "Feyenoord"a 12 milyon avro təzminat ödəməli olacaqlar.

Xatırladaq ki, “Liverpul”un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandanı tərk edəcək. “Qırmızı-qaralar” hazırda Premyer Liqa cədvəlinin ikinci pilləsində qərarlaşıb.







Transfer

Malen London klubuna keçə bilər
  • Transfer
  • 20:26 24.03.2025
Malen London klubuna keçə bilər