27 iyul 2024. Şənbə

"Qalatasaray"ın 80 milyon avroluq planı


  • Transfer
  • 15:10 25.04.2024
  • Oxunma sayı: 96
"Qalatasaray"ın 80 milyon avroluq planı

Superliqa lideri "Qalatasaray"da bir çox futbolçu bu mövsüm yaxşı fərdi performans nümayiş etdirir.

90deqiqe.az xəbər verir ki, bu adların başında Barış Alper Yılmaz, Viktor Nelsson və Abdülkerim Bardakçı daxildir.

"Qalatasaray" transferin favoriti olan 4 futbolçudan cəmi 80 milyon avro transfer gəliri əldə etməyi planlaşdırır. Okan Burukun rəhbərliyi altında parlayan futbolçuların adları transfer söz-söhbətlərində hallanmaqda davam edir. 

"Qalatasaray” “Aston Villa” ilə birlikdə İtaliya və Almaniya komandalarının radarında olan Barış Alper Yılmaz üçün ən azı 20 milyon avro tələb edir.Müqaviləsində 25 milyon avro sərbəst qalma məbləği olan Viktor Nelssonun Avropadan təklif alacağı dəqiqdir. Napoli"nin Davinson Sançesin arxasında olduğu vurğulansa da, "Qalatasaray"ın təcrübəli müdafiəçidən 20 milyon avro transfer gəliri gözlədiyi iddia edilir. 

Səudiyyə Ərəbistanı komandalarının mövsümün diqqət çəkən adlarından olan Abdülkerim Bardakçı ilə maraqlandığı vurğulanıb. Ötən aylarda İtaliya mətbuatında çıxan xəbərlərdə "Qalatasaray"ın Abdülkerim Bardakçı üçün 15 milyon avro tələb etdiyi bildirilirdi.

 







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir