- Transfer
- 18:38 24.11.2024
"Feyenoord"un baş məşqçisi Arne Slot "Liverpul" ilə danışıqlar apardığını təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Mersisayd klubunu çalışdırmağı istədiyini bildirib.
“Liverpul"un yeni baş məşqçisi olmaq istərdim, qərarım açıqdır. "Feyenoord" və "Liverpul" danışıqlar aparır və mən bunun nə olacağını gözləyirəm. Mən əminəm və klubların razılığa gəlməsini gözləyirəm”
Xatırladaq ki, Fabritsio Romano daha əvvəl bildirmişdi ki, “Feyenoord” və “Liverpul” hazırda Hollandiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədə olan Slotun erkən gedişinə görə təzminat məbləğini müzakirə edir.