8 sentyabr 2024. Bazar günü

"Mançester Siti" "Barselona"nın keçmiş futbolçusunu alır


  • Transfer
  • 11:32 26.04.2024
  • Oxunma sayı: 94
"Mançester Siti" "Barselona"nın keçmiş futbolçusunu alır

"Las Palmas"da çıxış edən ispan müdafiəçi Mika Marmol İngiltərə futbolunun nəhənglərindən birinin maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, "Mançester Siti" 22 yaşlı oyunçunu transfer etmək istəyir."Şəhərlilər"oyunçunun 30 milyon avro dəyərində olan bəndini aktivləşdirə bilər.

Müqavilə baş tutsa, "Mançester Siti" Marmolu oyun təcrübəsi üçün "Jirona"ya göndərməyi planlaşdırır.

İspaniya çempionatının bu mövsümündə müdafiəçi “Las Palmas”ın heyətində 30 oyun keçirib. Marmol bir məhsuldar ötürmə edib, üç sarı vərəqə alıb və bir dəfə meydandan qovulub.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda