- Transfer
- 18:38 24.11.2024
Yaxın 48 saat ərzində “Liverpul” “Feyenoord”a rəhbərlik edən Arne Slotun klubun yeni baş məşqçisi olacağını açıqlaya bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda "Liverpul" və "Feyenoord" arasında aktiv danışıqlar gedir. Mersisaydlıların 45 yaşlı çalışdırıcının erkən gedişinə görə Hollandiya klubuna 13 milyon funt sterlinq (15,1 milyon avro) məbləğində təzminat ödəməli olacağı vurğulanır. Bu məbləğ niderlandlı mütəxəssislə yanaşı, "Feyenoord"un da məşqçilər korpusunun bir hissəsini tərk etməsi ilə bağlıdır.
Xatırladaq ki, Slotun Hollandiya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.
"Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda komandanı tərk edəcək.